Diqqətsizliyin qarşısını alan eynəklər hazırlanıb

  • 31 Oktyabr 2019

“Narbis” şirkəti xüsusi texnologiyalı eynəklər hazırlayıb.

Chip.az Cebhe.info-ya istinadən xəbərinə görə, “ağıllı eynəklər” onu istifadə edən şəxsin diqqəti yayındığı zaman qaralır. Bu da diqqətin görülən işə yönəlməsini təmin edir.

Qeyd edək ki, bundan əvvəl günəşli havada avtomatik olaraq günəş eynəyi kimi fəaliyyət göstərən Fotochromik linzalar istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır