Simo Educacion 2019 beynəlxalq İKT sərgisi keçiriləcək

  • 31 Oktyabr 2019

Noyabrın 5-11-də İspaniyanın paytaxtı Madrid şəhərində “Simo Educacion 2019” beynəlxalq İKT sərgisi keçiriləcək.

Chip.az AZƏRTAC -a istinadla xəbər verir ki, tədbirdə təhsil sahəsində geniş istifadə olunan informasiya texnologiyaları – bulud texnologiyaları, robot texnikası, 3D çap, məktəblilər üçün innovativ avadanlıq nümayiş olunacaq.

Sərgi çərçivəsində təhsil müəssisələrinin və tədris mərkəzlərinin rəhbərləri üçün innovativ təcrübə, konfrans, dəyirmi masa və sessiyalar təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər