WhatsApp-ın son görülmə özəlliyi ləğv olunur?

  • 31 Oktyabr 2019

Ani mesajlaşma platforması "WhatsApp" ilə bağlı iddia "Twitter"də ən çox müzakirə olunan məsələlərdən biri olub.

Chip.az "Finans.az"-a istinadən xəbər verir ki, "Twitter"də on minlərlə şəxs "WhatsApp"ın son görülmə özəlliyini ləğv etməsi ilə bağlı paylaşım edib. "WhatsApp" isə mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

 

İddialara səbəb isə tətbiqdə ortaya çıxan texniki problemlə bağlı bir sıra şəxslərin son görülmə seçiminin bağlanması olub. Belə ki, sözügedən tətbiq istifadəçilərinin "son görülmə" seçimi sistem tərəfindən "heç kim" olaraq dəyişdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər