Çinin mobil operatorları 5G xidmətinə başlayır

  • 31 Oktyabr 2019

Çində fəaliyyət göstərən mobil operatorlar 5G kommunikasiya xidməti verməyə başlayacaq.

Bu barədə Xinhua agentliyi məlumat yayıb. Çin Beynəlxalq Telekommunikasiya Sərgisinin açılış mərasimində bu barədə məlumat verilib.

"China Mobile Ltd.", " China Telecom Corp." və "China Unicom Hong Kong Ltd." dövlət şirkətləri 5G xidməti təklif edəcək. Xidmətin qiyməti 128 yuan, təxminən 18 dollar olacaq.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır