Facebook III rübdə gəlirlərini 29% artırıb

  • 31 Oktyabr 2019

Bu ilin III rübündə "facebook" sosial şəbəkəsi 17,7 milyard ABŞ dolları gəlir əldə edib. 

Chip.az "Report" -a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29% çox, ekspertlərin proqnozlarından isə təxminən 2% çoxdur. 

Rüb ərzində "Facebook"un xalis mənfəəti isə illik müqayisədə 19,6% artaraq 6,1 milyard dollara çatıb. 

Maliyyə göstəriciləri açıqlandıqdan sonra sosial şəbəkəsinin səhmlərini 3%-ə yaxın dəyər qazanıb. 

Qeyd edək ki, hazırda "Facebook"da 2,45 milyard insan istifadə edir. Bu, illik müqayisədə 8% çoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır