Pakistanda qatarda baş verən yanğın nəticəsində 62 nəfər həlak olub

  • 31 Oktyabr 2019

Pakistanın Pəncab ştatında sərnişin qatarında baş verən yanğın nəticəsində 62 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, qatar Kəraçidən Ravalpindi şəhərində gedirmiş. İlkin məlumata görə, yanğının səbəbi qatarın yeməkxanasında qaz balonunun partlaması olub.

Məlumatda bildirilir ki, yanğın qatarın üç vaqonunu əhatə edib. Sərnişinlərin bir çoxu hərəkətdə olan qatardan tullanarkən xəsarət alaraq ölüb.

Hadisənin səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır