Elon Mask bloqerə bir milyon dollar bağışladı

  • 31 Oktyabr 2019

Məşhur iş adamı, “SpaceX” və “Tesla Motors” şirkətlərinin qurucusu Elon Mask ağacəkmə kampaniyasına dəstək olub.

O, “MrBeast” ləqəbli, 20 milyon izləyicisi olan video bloqer Cimmi Donaldsonun sosial şəbəkədə başlatdığı ağacəkmə kampaniyasına “Twitter” vasitəsilə dəstək olan Mask layihəyə bir milyon dollar bağışlayacağını bildirib.

Bu kampaniyaya bu vaxtaqədərki ən yüksək yardımı edən Mask sosial şəbəkədəki adını da “Treelon” olaraq dəyişdirib.

Qeyd edək ki, sözügedən kampaniyaya Maskdan əlavə “Twitter”in yaradıcısı və sahibi Cek Dorse də 150 min dollar miqdarında yardım edib.

Chip.az

Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır