Razılaşsalar dünyanın ən böyük avtomobil şirkəti yaranacaq

  • 31 Oktyabr 2019

İtalyan Fiat, Fransız PSA ilə birləşmək üçün danışıqlıar aparır



İtalyanın "Fiat Chrysler Automobiles" şirkəti (FCA), Peugeot və Citroen markalarının bağlı olduğu Fransanın PSA Qrupu ilə ola biləcək bir birləşmə üçün danışıqlar apardıqlarını təsdiq edib. 
Chip.az "Marja"-ya istinadən xəbər verir ki, FCA-dən verilən açıqlamada , PSA Qrupu ilə dünyanın ən böyük "mobility" qruplarından birini meydana gətirmək hədəfi ilə danışıqlar reallaşdırıldığı bildirilib.

Beləcə FCA,  beynəlxalq mətbuatda çıxan xəbərləri təsdiq etmişdir. 

Fiat Chrysler-in ABŞ-da ticarət olunan səhmləri dünən xəbərdən sonra təxminən 8% dəyər qazanmışdı.

Danışıqların razılaşma ilə nəticələnməsi halında meydana gələcək 50 milyard dollarlıq yeni şirkətin, dünyanın ən böyük avtomobil şirkəti olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər