Beynəlxalq Astronavtika Federasiyası Baş Assambleyasının iclası keçirilib

  • 31 Oktyabr 2019

Chip.az bildirir ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasının iclası keçirilib.

Ölkəmiz builki Beynəlxalq Astronavtika Konqresində geniştərkibli nümayəndə heyəti ilə təmsil olunub. Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı və Azərbaycan-Fransız Universitetinin istedadı və fəallığı ilə seçilən tələbələrinin “gənc səfirlər” qismində iştirak etdikləri Konqresdə BDU-nu Fizika fakültəsinin Astrofizika kafedrasının I kurs magistrantı Rəvanə Sadıxlı “gənc səfir” olaraq təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır