İnformasiya Texnologiyaları İnstitutunda antiplagiat sistemlərinin analizi aparılır

  • 30 Oktyabr 2019

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda antiplagiat sistemlərinin analizi aparılır, milli antiplagiat sisteminin yaradılması konsepsiyası işlənilir.

Chip.az AZƏRTAC-a istinadən bildirir ki, bu məqsədlə antiplagiat sistemlərinin iş prinsipləri öyrənilir, internet mühitində mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması və onlardan qorunmaq üçün tövsiyələr hazırlanır. İnstitutda plagiatlıqla mübarizə üsulları, beynəlxalq kitabxana idarəetmə sistemlərinin vəziyyəti və mövcud problemləri, Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yollarının araşdırılması ilə bağlı tədqiqatlar aparılır. Bununla yanaşı, e-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması, Azərbaycan dilinin öyrədilməsi və qiymətləndirilməsinin mövcud vəziyyəti tədqiq olunur və bu istiqamətdə xarici təcrübə araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır