Azərkosmos 9 ay ərzində 30 milyon dollarlıq xidmət ixrac edib

  • 30 Oktyabr 2019

Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC 24 ölkəyə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Chip.az bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib. 

Məlumata görə, səhmdar cəmiyyətinin xidmət ixracından əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin 88%-ni təşkil edib. Qurumun xidmətlərini əsasən ABŞ, Fransa, Böyük Britaniya, Malayziya, BƏƏ idxal edib. 

Təkcə sentyabrda isə “Azərkosmos” 20 ölkəyə 2,2 milyon dollar dəyərində xidmət ixrac edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır