Bakıda RiskTech forumu keçirilir

  • 30 Oktyabr 2019

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə Bakıda "Süni zəka və blokçeyn texnologiyalarının risklərin idarə edilməsi sahəsinə təsirləri" mövzusunda "RiskTech" forumu işə başlayıb.

Chip.az "APA-Economics"a istinadən xəbər verir ki, tədbirin əsas məqsədi süni intellekt, texnologiyalar və risklərin qarşılıqlı fəaliyyəti və əlaqəsinin işıqlandırılmasıdır.

Tədbirdə bildirilib ki, hazırda əsas məsələlərdən biri texnoloji inkişafın maliyyə sektoru ilə inkişaf dərəcəsinin eyni olmamasıdır.

Qeyd edək ki, forumda Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyənin Kredi Kayıt Bürosu, "Microsoft" korporasiyasının Mərkəzi və Şərqi Avropa üzrə nümayəndəliyinin və digər qurumların əməkdaşları çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır