Marketinq texnologiyaları bazarının həcmi 121 milyard dollara çatıb

  • 30 Oktyabr 2019

Qlobal marketinq texnologiyaları bazarı ötən il 22% böyüyüb.

Chip.az facemark.az-a istinadən bildirir ki, WARC araşdırma şirkəti və BDO konsaltinq firması martech seqmentinin həcmini 121,5 milyard dollar qiymətləndirib.

Araşdırmada iştirak edən marketoloqların əksəriyyəti marketinq texnologiyalarına xərclərin növbəti 12 ayda dəyişəcəyini gözləmir. Sorğuda iştirak edənlər düşünür ki, bu seqment üzrə artım 43%, azalma isə cəmi 4% olacaq.

Brendləri isə yalnız ABŞ və Böyük Britaniya üzrə analiz etsək, belə nəticəyə gəlmək olar ki, onların büdcələrinin ¼-i martech-ə gedir. İl ərzində isə payı isə 3 bənd artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır