Dünya milyarderləri Bakıya gəlir? - Ekspert

  • 30 Oktyabr 2019

Son zamanlar dünyada kosmik resursların bölüşdürülməsinə diqqət kəskin artıb. Elon Musk və Ceff Bezons kimi nəhənglər də bu sahəyə milyardlarla yatırımlar edirlər.

Chip.az Axar.az-a istinad edərək, xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O, 2022-ci ildə Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinin ciddi hadisə olduğunu bildirib:

“Əvvəllər Beynəlxalq Astronavtika Federasiyasına kosmik ölkələr və elmi-tədqiqat yönümlü qurumlar qəbul edilirdisə, indi burada kosmik biznesin çəkisi artmaqdadır. Artıq adı çəkilən şəxslər də bu konqresin işində aktiv iştirak etməyə başlayıblar.

Azərbaycandan 3 qurum, Azərkosmos, Şamaxı Rəsədxanası və Milli Aerokosmik Agentliyi Federasiyanın üzvüdür. Beləliklə, 2 ildən sonra ölkəmizə 70-dək ölkədən dünyanın 5-6 min nəfərlik kosmos ailəsinin üzvləri gələcək.

“SpaceX” şirkətinin CEO-u Elon Musk və “Amazon” şirkətinin təsisçisi və CEO-su , “Blue Origin”in rəhbəri , dünyanın ən zəngin insanı Ceff Bezos da Bakda keçiriləcək Astronavtika Konqresinə qatılacağını gözləmək olar”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərkosmos”un rəhbəri Rəşad Əliyevi qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır