Həmyerlimiz Süni İntellekt üzrə İlin Gənc Tədqiqatçısı mükafatına nominantdır

  • 30 Oktyabr 2019

Həmyerlimiz Günay Kazımzadə Almaniyada 2019-cu ilin “Süni İntellekt üzrə ilin Gənc Tədqiqatçısı” mükafatına nominant seçilib. 

Chip.az bildirir ki, seçilmiş 6 nominant arasında seçim onlayn səsvermə vasitəsilə həyata keçirilir. 

Qeyd edək ki, Günay Kazımzadənin tədqiqatları haqqında informasiya almaq və səs vermə üçün bu link-ə  daxil ola bilərsiniz. Linkə daxil olduqdan sonra boş xanaya e-mail ünvanınızı yazaraq “abschicken” düyməsini sıxın. E-mailinizə gələn linkə klikləməklə səsinizi təsdiq edəcəksiniz. Məlumat üçün bildirək ki, yalnız təsdiq edilmiş səslər qəbul olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır