Astana Hub və INNOLAND arasında əməkdaşlıq memorandumu imzalanıb

  • 29 Oktyabr 2019

Qazaxıstanda baş tutan "Digital bridge" tədbiri çərçivəsində "Astana Hub" və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Chip.az bildirir ki, memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək, birgə yatırım fondunun yaradılması, təcrübə mübadiləsini təmin etmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır