Apple korporasiyası iPhone 5 sahiblərini öz smartfonlarını yeniləməyə məcbur edir

  • 29 Oktyabr 2019

“Apple” şirkəti “iPhone 5” sahiblərini tezliklə smartfonun funksionallığının məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq edib. “iOS” sisteminin köhnə versiyasından istifadə edənlər xoşagəlməz halların qarşısını almaq üçün 3 noyabr tarixinədək 10.3.4 versiyasını quraşdırmalıdırlar.

“News.rambler.ru” saytı xəbər ki, əks halda istifadəçilər veb səhifələrə və “App Store”yə baxa, e-poçt göndərə, “iCloud” sisteminə daxil ola, vaxt və tarixin düzgün göstərilməsi ilə əlaqəli digər funksiyalardan istifadə edə bilməyəcəklər.

Xatırladaq ki, “iPhone 5” smartfonu 2012-ci ildə satışa çıxarılıb.

“Apple” korporasiyası bu yaxınlarda “iOS 13” mobil əməliyyat sistemi ilə bağlı statistikasını paylaşıb. Oktyabrın 15-nə olan məlumata görə, şirkətin smartfonlarının 50%-i sözügedən sistemin idarəetməsi altında işləyir. Smartfonların 41%-i “iOS 12”, 9%-i isə əvvəlki versiyaların idarəetməsi altında işləyir.

Chip.az

ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır