Aztelekom-un internet təchizatında fasilələr yarana bilər

  • 29 Oktyabr 2019

Azərbaycan dövlət rabitə operatoru “Aztelekom” MMC-nin xidməti ərazisində şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi məqsədilə profilaktik işlərin aparılması nəzərdə tutulub.

Chip.az xəbər verir ki, xidmət keyfiyyətinin artırılması üçün aparılan texniki yenilənmə işləri ilə əlaqədar 29 oktyabr saat 01:00-dan 06:00-dək internet təchizatında müəyyən fasilələr yarana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır