Azərbaycan poçtu PostPay ödəniş sistemini inkişaf etdirəcək

  • 29 Oktyabr 2019

Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC "PostPay” ödəniş sistemini öz brendi altında inkişaf etdirəcək.

Chip.az-ın məlumatına görə, mərkəzdən bildirilib ki, sistem ilk dəfə olaraq Məlumat Hesabama Mərkəzi tərəfindən “SmartPay” brendi altında təqdim olunub.

“Hazırda brendin sahibi “Azərpoçt”dur və tədricən sistemin həm mobil əlavəsi, həm də internet səhifəsi bu qurumun ixtiyarına veriləcək”, - deyə Mərkəzdən qeyd ediblər.

"PostPay” mobil əlavəsi vasitəsilə istifadəçilər kommunal, internet, mobil və stasionar rabitə və digər xidmət haqlarını ödəyə bilir. Gələcəkdə bu əlavə üzərindən pul göndərmək və QR ödənişlər aparmaq kimi imkanlar da yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır