Azərbaycan IMEI kodların klonlaşdırılması ilə mübarizəni gücləndirir

  • 28 Oktyabr 2019

Azərbaycanda mobil cihazların IMEI kodlarının klonlaşdırılması hallarının minimuma endirilməsi istiqamətində işlər aparılır.

Chip.az APA-Economics”ə istinadən xəbər verir ki, Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib ki, bu istiqamətdə texniki işlərlə yanaşı xüsusi alqoritmlər işlənilir.

“Belə halların qarşısını tam almaq qeyri-mümkündür və bu gün elə ölkə yoxdur ki, buna nail olsun. Lakin bu halları minimuma endirilməsi istiqamətində işlər daim aparılır”, - deyə MHM-dən bildirilib.

Qeyd edək ki, MHM bu problemi aradan qaldırmaq üçün Türkiyənin təcrübəsi ilə tanış olub. Bu ölkədə IMEI kod mobil nömrəyə bağlanılır ki, bu da eyni oxşar kodla olan telefonun şəbəkədə işləməsinə imkan vermir.

Xatırladaq ki, ölkəyə gətirilən mobil qurğular 30 gün ərzində qeydiyyata alınmalıdır. Qeydiyyat haqqını elektron qaydada (imei.az saytı vasitəsilə), “Azərpoçt”un “Şəbəkə” xidmət mərkəzlərində və “SmartPay” ödəmə terminalları ilə ödəmək mümkündür.

Cihazın IMEI kodunun qeydiyyata alınması müraciət edildikdən sonra 24 saat ərzində aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır