Sentyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

  • 28 Oktyabr 2019

Sentyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4213 olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 125-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3737-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 335-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 16-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər