Ödəmə terminalları ilə bağlı problem həlll olunacaq – RƏSMİ

  • 28 Oktyabr 2019

Bakının ictimai nəqliyyatında tətbiq edilən vahid kart (“BakıKart”) ödəmə terminalları ilə bağlı sakinlər problemlərlə qarşılaşa bilirlər. Bəzən sözügedən terminallardan istifadə etmək mümkünsüz olur və ya terminal sayı sərnişinlərin sayı ilə adekvat olmadığından sıxlıq yaşanır.

Bundan başqa, hazırda paytaxtda olan dayanacaqların hamısında ödəmə terminalı quraşdırılmayıb, bu səbəbdən də sərnişinlər pul yükləmək üçün digər terminallara (uzaq məsafədə olan) üz tuturlar.

Mövzu ilə əlaqədar açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, avtobus dayanacaqlarında, eləcə də metrostansiyalarda ödəmə terminallarının sayı artırılacaq:

“Vətəndaşların kartın balansını rahat artırması üçün İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) imkanlarından geniş istifadə ediləcək və “online” sistem işə salınacaq”.

M.Ağayev onu da qeyd edib ki, 2020-ci ilin birinci yarısınadək sözügedən prosesin yekunlaşması nəzərdə tutulub.

Chip.az

Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır