Çində avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb

  • 28 Oktyabr 2019

Çinin Şansi vilayətinin Yanan şəhərində neft hasilatı sahəsində avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb, daha 3 nəfər isə itkin düşüb.

Chip.az AZƏRTAC -ın yerli hakimiyyət orqanlarının məlumatına verdiyi istinada əsaslanaraq, xəbər verir ki, hadisə oktyabrın 27-də axşam saatlarında baş verib.

Qeyd olunur ki, üzərində xüsusi cihazların quraşdırıldığı avtomobil neft hasilatı və emalı ilə məşğul olan şirkətə məxsus neft quyusundan sınaq prosedurunu yerinə yetirib qayıdarkən partlayıb.

Hazırda itkin düşənlərin axtarışı davam etdirilir. Təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər