Buta Airways və AZAL qış uçuş cədvəlinə keçib

  • 28 Oktyabr 2019

Azərbaycanın loukoster aviaşirkəti olan "Buta Airways" qış uçuş cədvəlinə keçib.

Şirkətdən verilən məlumata görə, qış uçuş cədvəli oktyabrın son bazar günündən mart ayının son bazar gününədək, yay uçuş cədvəli isə mart ayının son bazar günündən oktyabrın son bazar gününə qədər davam edir.

Aviaşirkətin reyslərinin yeni cədvəli.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qış uçuş cədvəli 27 oktyabr tarixindən qüvvəyə minib.

AZAL-dan verilən məlumata görə, qış uçuş cədvəli çərçivəsində Bakıdan Almatı, Ankara, Antalya, Pekin, Berlin, Dubay, Gəncə, İstanbul, Ciddə, Küveyt, London, Milan, Moskva, Naxçıvan, Nyu-York, Paris, Sankt-Peterburq və Tel-Əviv istiqamətləri üzrə birbaşa reyslər həyata keçiriləcək.

Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək.

Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək.

Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq. Aviabiletləri www.azal.az saytında əldə etmək mümkündür.

Uçuşlar haqqında ətraflı məlumat.

AZAL qış uçuş cədvəlinə keçib

 

Chip.az

APA-Economics

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır