Mərkəzi Bankda İnnovasiyalar günü keçirilib

  • 28 Oktyabr 2019

Chip.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən “İnnoWeek – İnnovasiyalar həftəsi” çərçivəsində maliyyə texnologiyalarının və innovativ həllərin tətbiqi istiqamətində görülən işlərin kommersiya bankları ilə koordinasiya edilməsi məqsədilə Mərkəzi Bankda “Maliyyə texnologiyaları: bu gün və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib. 

Keçirilən tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və kommersiya banklarının müvafiq əməkdaşlarının iştirakı ilə sözügedən mövzular üzrə müvafiq təqdimatlar keçirilib və Mərkəzi Bank tərəfindən yaradılan “Rəqəmsal İdentifikasiya Sistemi”nin fiziki şəxslər tərəfindən bank hesablarının məsafədən açılması ilə bağlı funksionallığı nümayiş etdirilib.

Mərkəzi Bank innovativ maliyyə texnologiyalarının genişləndirilməsi, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq aləmdə baş verən yeniliklərin bank sektoruna çatdırılması istiqamətində bundan sonra da davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır