Orxan Əhməd: Nə üçün xarici şirkətlər bizim bazarda daha uğurlu olurlar?

  • 28 Oktyabr 2019

Azərbaycan bazarında yerli şirkətlərin fəaliyyətinə nisbətdə daha öndə olan xarici şirkətlərin bu müvəffəqiyyətin arxasındakı uğurun sirri nədir? Bu suala Orxan Əhməd sosial media hesabında aydınlıq gətirib.

Şirkət xaricidirsə, deməli artıq bazarda oturuşmuş bir brenddir:

"Xarici brend - şirkət xaricidirsə, deməli daha "cool"-dur deyil, deməli artıq oturuşmuş brenddir və ona inanmaq olar. Texnoloji olaraq tam işlək platformaları var və səhv olma ehtimalı aşağıdır. İstər veb, istərsə də mobil tətbiqlərinə yüz minlərlə hesablanan məbləğlər ayırırlar. Bizdə isə texnoloji tərəfə 10-15 min manatlıq baryeri tək-tük şirkət keçir."

 

Xarici brendlər, marketing və əməkdaşlarına böyük məbləğlərdə vəsait ayırırlar.

"Pul - bazara girən bütün xarici brendlər, marketing və əməkdaşlarına böyük məbləğlərdə vəsait ayırırlar. İlk 1-2 ili tam ziyanla işləmək gözləniləndir. Buna görə də sürətlə böyüyürlər. Məsələn Wolt bazar girmədən də, yeməkdaşıma şirkətləri var idi. Amma onların kuryerləri heç görünmürdü bilinmirdi. Wolt isə heç bir sifariş olmadan da kuryerlərinə pul verib şəhərə buraxdı və nəticə göz qabağındadır. Vaxtilə UBER-də eyni metodla girmişdi."

 

Xarici brendlərin, dəqiq işlənmiş və effektiv loyallıq proqramları var.

"Loyallıq proqramı - bütün xarici brendlərin, dəqiq işlənmiş və effektiv loyallıq proqramları var və çox təəssüf ki, yerli şirkətlərimiz bu mexanizmdən ya başı çıxmır, ya da düzgün istifadə edə bilmir."

Orxan Əhməd bu üç nüansı birlərşdirən əsas faktorun təcrübə olduğunu vurğulayaraq, onun önəmini belə dəyərləndirib:  "3 səbəbin 3-də eyni anda effektiv və planlaşdırılmış şəkildə istifadə edilməlidir ki, uğurlu olsun. Biri əskik olsa, o birilərin heç bir əhəmiyyəti yoxdur."

Bazara daxil olan şirkətlərin burada yer tutmasından bəhs edən Orxan Əhməd onların xidmətlərində yarana problemləri də inkar etməyib. "Sonradan bu şirkətlərin xidmətlərində yaranan problemlər ayrı mövzudur."

 

Chip.az

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər