Si Cinpin: Çin blockchain sahəsində lider olmalıdır!

  • 28 Oktyabr 2019

Çin Xalq Respublikasının sədri Si Cinpin (Xi Jinping) oktyabrın 24-ü Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun blockchain texnologiyası ilə bağlı iclasda Çinin innovasiya sahəsində dünyada lider olması üçün ölkədə blockchain texnologiyasının inkişafını sürətləndirməsi tədbirlərinin görməli olduğunu vurğulayıb.

  Si Cinpin: “Blockchain texnologiyasını bir yenilik kimi qəbul etməliyik. Bu texnalogiyanın təkcə real iqtisadiyyata deyil, həm də süni intellekt, Big Data və əşyaların İnterneti kimi əlaqəli informasiya texnologiyalarına inteqrasiyası zəruridir. Əsas istiqamətləri dəqiqləşdirmək, investisiyanı artırmaq və texnologiyanın bir neçə əsas tətbiqinə diqqət yetirmək lazımdır.”

    Çin Xalq Respublikasının rəhbərinin açıqlamasından bir gün sonra kriptovalyuta bazarında bir canlanma müşahidə olundu. Xüsusilə bitcoin oktyabrın 26-da 42% dəyər qazanaraq 10.300 dollara qədər qalxdı. Analitik, treyder və teleaparıcı Alex Krüger öz twitter hesabında bu qiymət artımı ilə bağlı “Çox sag ol Çin, Prezident Si əsl kripto-atadır” yazıb.

56565.jpg

Chip.az

Techland.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır