Karib dənizinin quldurları filminin növbəti seriyası ilə bağlı yeni xəbərlər var

  • 28 Oktyabr 2019

Chip.az xəbər verir ki, The Hollywood Reporter-in yayımladığı məlumata görə, serialın ilk dörd filmini birlikdə yazan Disney-in Emmy mükafatı sahibi, Çernobıl yaradıcısı Craig Mazin və ilk 4 seriyanın senaristi Ted Elliott, yeni Karib dənizinin quldurları üçün ssenari hazırlamağa başladılar.

Image result for Karayip Korsanları

Johnny Depp yeni filmdə olmaya bilər:

 

Qeyd edək ki, Disney Karib dənizinin quldurları filminin beş bölümündən cəmi 4.56 milyard dollar gəlir əldə edə bilib. Lakin, böyük auditoriya sevgisi toplayan filmin 2019-cu ilin əvvəlində pozulan razılaşmadan sonra Karib Dənizinin quldurları 6-nın çəkilişləri bir müddət dayandırıldı.

Related image

Mazin Ted Elliot sıfırdan filmin ssenarisini yazsalar da onların bu ortaq işinin hansı mərhələdə olduğu məlum deyil. Belə ki, prodüser Jerry Bruckheimer filmdə Johnny Depp-i yenidən görmək istəyini bildirib. Lakin, onun filmin altıncı bölümündə yer alacağı hələ ki, məlum deyil.

 

Karib dənizinin quldurlarının bu günə qədər yayımlanan 5 bölümü:

 

Karib dənizinin quldurları: Qara İncinin lənəti - 2003

Karib dənizinin quldurları: Ölü adamın sandığı - 2006

Karib dənizinin quldurları: Dünyanın sonunda - 2007

Karib dənizinin quldurları: Naməlum dənizlərdə - 2011

Karib dənizinin quldurları: Salazarın qisası - 2017

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır