Startapın ömrü hələ nə qədər yön dəyişdirmə edə biləcəyinin sayıdır

  • 28 Oktyabr 2019

Təcrübəli sahibkarlar tez-tez startapların ömrü – startapın ya inkişaf etməsi, ya da uğursuzluqla nəticələnməsi üçün qalan vaxtın miqdarı barəsində danışırlar. Bu,adətən, bank hesabındakı pulun aylıq xərclərə bölünməsi və ya o hesabdan çıxarılan məbləğlər kimi də tanınır. Məsələn, bankda 1 milyon dolları olan və ayda 100 000 dollar xərcləyən startapın 10 aylıq ömrü var.

Startapların vəsaiti azalanda onların ömrünü iki yolla uzada bilərlər: xərcləri azaltmaqla və əlavə fandreyzinqlə. Amma sahibkarlar fərq qoymayıb bir ucdan xərcləri azaldanda, israfçılığı azaltmaqla yanaşı, şirkətlərinin Qur-Ölç-Öyrən fidbək halqasını inkişaf etdirən xərcləri də azaltmalı olurlar. Əgər azaldılan xərclər bu fidbək halqasının ləngiməsinə səbəb olursa, o zaman sahibkarların gördüyü iş yekunda startapın məhvini gecikdirmək olur.

Startapın ömrünün ölçü meyarı onun edə biləcəyi yön dəyişdirmələrin sayıdır. Başqa sözlə, bu, startapın biznes strategiyasında fundamental dəyişikliklər etmək üçün necə imkanının qalmasıdır. Ömrün yön dəyişdirmə nöqteyi-nəzərindən ölçülməsi onun uzadılmasının başqa bir yolunu – daha sürətlə yön dəyişdirməni təklif edir. Başqa sözlə, startap daha qısa zamanda və daha az xərclə eyni qədər təsdiqlənmiş öyrənmə əldə etməyin yollarını tapmalıdır.

Chip.az

Techland.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır