Kiber təhlükəsizlik startapı Picus Security Earlybird-dən 5 milyon dollar investisiya aldı!

  • 28 Oktyabr 2019

Kiber təhlükəsizlik təşəbbüsü Picus Security Earlybird ilə investisiya turunu davam etdirir. 2019-cu ilin oktyabr ayında Gartner-in nüfuzlu “Cool Vendors” siyahısındakı beş kiber təhlükəsizlik şirkətlərindən biri olan Picus Security Earlybird-dən 5 milyon dollar investisiya aldı.

Yeni sərmayə ilə bağlı açıqlama verən Picus Security şirkətinin qurucusu və icraçı direktoru Hamdi Alper Memiş, qlobal bazarda müstəqil və etibarlı bir marka olmağı hədəflədiklərini söylədi və dedi:”Gartner tərəfindən Cool Vendor seçilməyimiz, Avropadakı müştərilərimiz və Avropanın ən qabaqcıl investisiya fondlarından Earlybird iləgerçəkləşdirdiyimiz stratejik investisiya, doğru yolda irəlilədiyimizin göstəricisidir. Bu inkişaflarla, Picus Labs tərəfindən aparılan araşdırma fəaliyyətləri artacaq və məqsədimiz dünyada tanınan kiber təhlükəsizlik araşdırma mərkəzi olmaqdır.

PwC tərəfindən 10 ən yenilikçi kiber təhlükəsizlik şirkətlərindən biri olaraq adlandırılan Picde, Endeavour tərəfindən yüzlərlə şirkət arasında qlobal təsir edə biləcək sahibkarlardan biri kimi təsvir edilmişdir. Cyber Defence Magazine tərəfindən 2019-cu ilin ən innovativ startapı seçilərək də rəqiblərındən fərqlərini göstərməyə davam edir.

Chip.az

Techland.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır