Kanadada təyyarə gölə düşüb, 3 nəfər itkin düşüb

  • 28 Oktyabr 2019

Kanadanın Manitoba əyalətində kiçikhəcmli təyyarə qəzaya uğrayıb.

Chip.az “TASS” agentliyinə istinadən xəbər verir ki, təyyarə gölə düşüb və 3 nəfər itkin düşüb.

İnsident əyalətin mərkəzi Vinnipeqa şəhərindən 280 km şimal-şərqdə qeydə alınıb. Şahidlərin sözlərinə görə, təyyarə ağaca dəyib, daha sonra suya düşüb. Göyərtədə 3 nəfərin olduğu deyilir.

Xilasedicilər artıq təyyarənin qalıqlarını aşkar ediblər. Hazırda həmin 3 nəfərin axtarışları aparılır. Axtarış işlərinə dalğıclar da cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər