Azərbaycanda onlayn könüllülük fəaliyyətə başlayıb

  • 26 Oktyabr 2019

Azərbaycanda ilk dəfə onlayn könüllülük fəaliyyəti başlayır.

Chip.az bildirir ki, DOST Agentliyində “Virtual DOST” alt proqramının təqdimatı keçirilib. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyi və DOST mərkəzində könüllülük fəaliyyəti barədə danışıb.

Agentliyin İnsan resurslarının idarə edilməsi və təlim departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev “Könüllü DOST” proqramının alt proqramı - “Virtual DOST” barədə geniş məlumat verib.

Tədbirdə “Virtual DOST” alt proqramının “Məlumatlı ol” adlı ilk mikrolayihəsi də elan edilib. Mikrolayihə çərçivəsində yazılacaq ingiliscə məqalələr müxtəlif beynəlxalq elmi və media resurslarında dərc olunacaq.

“Virtual DOST” alt proqramı “Könüllü DOST” proqramının tərkib hissəsidir. Bu alt proqram sayəsində müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər, ictimai xadimlər kompüter, planşet və ya smartfondan istifadə etməklə ofisdə, evdə və ya internet olan istənilən məkanda könüllü kimi fəaliyyət göstərə biləcəklər. Bu proqram həmçinin əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından uyğunluq təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər