Azərsu yeni e-xidmətinin tətbiqinə başlayır

  • 26 Oktyabr 2019

“Azərsu” ASC abunəçiləri üçün yeni xidmətinin tətbiqinə başlayır.

Chip.az bildirir ki, abunəçilərə SMS məlumatlandırma vasitəsilə yeniliklər, qəzalar, fasilələr və s. məlumatlar onların mobil telefonlarına göndəriləcək. Xidmətdən yararlanmaq üçün abunəçilər abunə kodunu, mənzil sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunu, mobil telefon nömrəsini SMS, “Whatsapp” və ya E-mail vasitəsilə “Azərsu” ASC-yə təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır