Bakıda taksilər üçün yeni duracaqlar təşkil edilib.
Chip.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi minik avtomobilləri üçün duracaqların təşkili işləri sürətləndirilib. Cari həftə ərzində 12 küçə və prospektdə duracaqlar təşkil edilib.
Bildirilib ki, bu işlər Bakı Nəqliyyat Agentliyi tərəfindən davamlı olaraq həyata keçiriləcək.


