Ramin Quluzadənin icraçı katib Lassino Zerbo ilə görüşü baş tutub

  • 26 Oktyabr 2019

Nazir Ramin Quluzadə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının icraçı katibi ilə görüşüb

Chip.az bildirir ki, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyar naziri Ramin Quluzadə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının icraçı katibi Lassino Zerbo ilə görüşüb.

Görüş zamanı ölkəmizdə nəqliyyat və İKT sahəsində həyata keçirilən son yeniliklər, nüvə tədqiqatları sahəsində müxtəlif təşkilatlarla reallaşdırılan layihələr, kadr potensialının inkişafı və bu sahədə aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə məlumat verilib.

Eyni zamanda, təşkilatın Azərbaycanla gələcək əməkdaşlıq məsələləri, ölkəmizdə gənclərə elmi-texniki treninqlərin keçirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. İcraçı katib gələcəkdə Azərbaycanla bu sahədə uğurlu əməkdaşlığa hazır olduqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər