Bir Homepod sahibi olmaq istəyirsinizsə və hələ də almamısınız və bir az da gözləməyə dəyər. Yeni şayiəyə görə çox da uğurlu olmayan Apple ağıllı səsucaldan məhsulunun daha hesablı bir variantı, Beats markası ilə bazara sürüləcək. Apple, Beats səs şirkətini 2014-də satın almışdı və o zamandan bəri iki marka ilə bağlı heç bir xəbər almamışdıq. Ancaq Beats markalı hesablı bir Homepod iki markanın da cəhdləri üçün faydalı ola bilər.
9to5Macın hazırladığı hesabata görə bu olduqca şübhəli bir şayiədir, bu görədə ehtiyatlı olmaqda fayda var. İki marka üçün də məntiqli bir hərəkət kimi görünsə də, Beats markalı bir Homepod potensial müştərilərin ağlını qarışdıra. Qiymət üçün isə premium Homepodların 300 ilə 350$ arası qiymətlərinə nisbətən Beats Homepodlar 200$ qiymətinə satışa təqdim oluna bilər
Təəssüf ki, qiymətdəki azalma, bəzi xüsusiyyətlərdən güzəşt veriləcəyi mənasınada da gələ bilər. Yəni Seri, Beats ilə birlikdə məsələdir, bunun yanında daha aşağı keyfiyyətli səs və avadanlıq parçaları da söz mövzusu ola bilər.
Müxtəlif mənbələr Beats Homepodun bu ilin son aylarında bazara sürəcəyinə işarə edir. Cihazın WWDC 2018de tanıdılması da ehtimal daxilindədir ..