Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb

  • 24 Oktyabr 2019

Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri oktyabrın 24-də Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Enerji Xartiyasının baş katibi Urban Rusnak deyib.

O bildirib ki, Enerji Xartiyası Katibliyi enerji səmərəliliyi ilə bağlı qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək olur. Ötən il “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun ilk layihəsi də tamamlanıb. Bu ilin sonunda yekunlaşdırılması və gələn ilin əvvəlində aidiyyəti orqanlarla müzakirəsi nəzərdə tutulan Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır