Meksikada təyyarə qəzaya uğrayıb: ölənlər var

  • 24 Oktyabr 2019

Meksikanın paytaxtı Mexikodan qərbdə yerləşən Miçoakan ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə ştatın prokurorluğu “Twitter” səhifəsində məlumat yayıb. Məlumatda prokurorluğun əməkdaşlarının Madero bələdiyyəsində, Las-Xuntas ətrafında qəzanın səbəblərini araşdırdığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır