ABŞ ordusu ilk PUA əleyhinə lazer silahını alır - VİDEO

  • 23 Oktyabr 2019

“Raytheon” şirkəti bir neçə saniyə içində PUA-ları aşkar edə və vura bilən PUA əleyhinə lazer silahını ABŞ Hərbi Hava Qüvvələrinə təslim edib.

Xarici KİV-lərə istinadən xəbər veririk ki, silahın təqdimatı 1 il öncə baş tutub.

Silah PUA-ları aşkar etmək və izləmək üçün elektro-optik/infraqırmızı sensorlardan istifadə edən xüsusi kiçik bir nəqliyyat vasitəsinə quraşdırılmış yüksək enerjili lazer sistemidir.

Sistem PUA-nı aşkar etdikdən bir neçə saniyə sonra lazerlə onu zərərsizləşdirə bilir.

Chip.az

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır