Professor Morteza Qarib: Azərbaycan tibdə bir neçə ilə qabaqcıl texnologiyalara keçə bilər

  • 23 Oktyabr 2019

Azərbaycan bir neçə ilə tibb sahəsində ən qabaqcıl texnologiyalara keçid edə bilər.

Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Kaliforniya Texnologiya İnstitutunun Avtonom Sistemlər və Texnologiyalar Mərkəzinin direktoru professor Morteza Qarib deyib.

Bundan öncə M. Qarib “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2019”) mövzusunda Bakıda keçirilən XIII beynəlxalq konfransda “Təkmilləşdirilmiş simsiz sağlamlıq və monitorinq sistemləri” adlı təqdimatla çıxış edib. O, təqdimatında ürək-damar xəstəliklərinin öncədən təyin etməyə kömək edən yeni texnologiyaların tətbiqi haqqında danışıb.

Bundan başqa, M. Qarib bu texnologiyaların insanlara çatdırılmasının vacibliyi və onların yolları haqqında məlumat verib.

Qeyd edək ki, dahi alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş “AICT 2019” konfransı üç gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır