Bakıda AICT 2019 beynəlxalq konfrans keçirilir

  • 23 Oktyabr 2019

Bu gün ADA Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2019”) mövzusuna dair dahi azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş XIII beynəlxalq konfrans işə başlayıb.

Chip.az "APA-Economics"in məlumatına istinadən xəbər verir ki, üç gün davam edəcək konfransda 25 ölkənin alim və mütəxəssisləri iştirak edir ki, onlar İKT-nin müxtəlif sahələrində olan ən son yeniliklərlə bölüşəcək, bu mövzu ətrafında müzakirələr aparacaqlar. Texnologiyaların dəyişmə trendərinə də sözügedən tədbirdə geniş yer ayrılacaq.

“AICT 2019” konfransına ADA Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Malayziya Sabah Universiteti, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu texniki dəstək verir.

Qeyd edək ki, bu konfrans artıq 5-ci dəfədir Bakıda keçirilir. Bundan əvvəl tədbir 2009-cu, 2011-ci, 2013-cü və 2016-cı illərdə Azərbaycanın paytaxtında təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər