Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi inşa ediləcək

  • 22 Oktyabr 2019

Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidinin inşası davam etdirilir.

Chip.az xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə keçidin uzunluğu 76 metr, eni isə 3.6 metr olan keçidin yol səviyyəsindən hündürlüyü 9.4 metrdir. Keçidin dayaqlarının üçü də tam olaraq tikilib: "Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hal-hazırda aşırım hissəsi zavod şəraitində hazırlanır. Tikinti işlərinin 65 faizi yerinə yetirilib".

A.Nəcəfli bildirib ki, yeraltı keçiddə həm eskalator, həm də lift quraşdırılacaq ki, bu da əlil vətəndaşların keçiddən istifadəsini asanlaşdıracaq.

Xatırladaq ki, Bakıda lift və eskalator olan daha bir yerüstü keçid paytaxtın Moskva prospektində, "Şamaxı yolu" adlanan ərazidə inşa edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır