Dövlət Dəniz Agentliyinin direktoru Şöhrət ordeni ilə təltif edilib

  • 22 Oktyabr 2019

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Qüdrət Qəmbər oğlu Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında 21 oktyabr 2019-cu il tarixli müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qüdrət Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Qüdrət Qurbanov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktorudur.

hip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır