Çin yeni Uçan boşqab yaratdı

  • 21 Oktyabr 2019

Çin Tianjin şəhərində keçirilən sərgidə yeni bir helikopterin tanıtımını həyata keçirib.

Chip.az Metbuat.az -a istinadən xəbər verir ki, "Super Great White Shark" (Super Böyük Ağ Köpəkbalığı) adlandırılan helikopter 1950-ci illərin elmi-kütləvi filmlərinin görüntülərini 21-ci əsrin texnologiyası ilə birləşdirir. Helikopterin "gələcəkdəki məlumat müharibəsi" üçün hazırlandığı bildirilib.

Helikopterin ilk fotoları Çinin dövlət qəzeti olan "Global Times"da yayımlanıb. Hekikopter ABŞ-ın AH-64 Apache, CH-53 Sra Stallion və Rusiyanın Ka-52, Mi-26 kimi müasir helikopter dizaynlarını özündən əks etdirir. Onun ABŞ istehsalı B-2 helikopteri ilə eyni qanad formasına malik olduğu bildirilib.

Bu helikopter 7.6 metr uzunluğunda və 3 metr hündürlüyündədir və 2 nəfəri daşıya biləcək formadadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır