Kompüter, elektron və optik məhsulların istehsalı 77,2 faiz artıb

  • 21 Oktyabr 2019

Bu ilin 9 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 183,3 milyon manatlıq məhsul istehsal edilib.

Chip.az Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata istinad edərək, xəbər verir ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 8,5 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 77,2 faiz artıb.

Hesabat dövründə, əvvəlki ilin 9 aylarında müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 10,2 dəfə, məişət soyuducularının istehsalı 22,8 faiz çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır