Azərbaycan komandası Dünya Robot Olimpiadasında iştirak edəcək

  • 21 Oktyabr 2019

Noyabrda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan komandası Dünya Robot Olimpiadasına yollanacaq.

Chip.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov Heydər Əliyev Mərkəzində keçirilən “Roboday” festivalında deyib.

R.Əzizov qeyd edib ki, “Roboday” festivalına 100-lərlə uşaq qatılıb: “Bu gün burada xarici şirkətlərdə təmsil olunub. Həmin şirkətlər ölkəmizdə robotexnika üzrə tədris aparırlar. Hazırda ölkəmizdə bir sıra dövlət qurumları robotexnikanın inkişafı ilə məşğuldur. Ölkəmizdə robotexnika sahəsinin inkişafına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi cavabdehdir. Sənayenin bütün sahələrində artıq robotexnikadan istifadə olunur. Bu innovativ yanaşma layihələrin effektivliyinin artırılmasına yönəlib. Robotexnikanın inkişafı kadrların yetişdirilməsi ilə sıx bağlıdır. Kadr yetişdirilməsi isə mütləq şəkildə təşviqat işlərini nəzərdə tutur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır