İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

  • 21 Oktyabr 2019

“Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin iqtisadi siyasətində prioritetlərdəndir”.

Chip.az bildirir ki, bunu “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, bu il 2 mindən çox startapçı layihəyə qoşulub.

"Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan İnnovasiyalar Agentliyi startapçılara öz ideyalarını reallaşdırmağa dəstək olur. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Paytaxt Bakı və regionlarda keçirilən “İ2B – İdeyadan Biznesə” startap turları da bu məqsədlərə xidmət edir”, – deyə nazir bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır