Azərbaycanla Türkiyə arasında e-imzanın tanınması üzrə sınaq işləri aparılacaq

  • 21 Oktyabr 2019

Azərbaycanla Türkiyə arasında elektron imzaların (e-imza) qarşılıqlı tanınması üzrə ilkin test işləri “Bakutel-2019” sərgisi çərçivəsində əyani olaraq aparılacaq.

Chip.az bildirir ki, bunu Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, hazırda həmçinin Belarusla da eyni qaydada e-imzaların qarşılıqlı tanınması layihəsinin icrasına dair danışıqlar aparılır. 

"Ümumilikdə, ölkələrin siyahısını genişləndirmək mümkündür. Buna görə ölkə qanunvericiliyinə dəyişikliklər edilməlidir. Söhbət ölkənin müvafiq qanunvericiliyinin Avropa Birliyinin e-IDAS qanunvericiliyinə uyğunlaşdırılmasından gedir ki, bu istiqamətdə işlər aparılır", - deyə Mərkəzdən bildirilib.

Xatırladaq ki, 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ("Bakutel-2019") dekabrın 3-6-da təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır