Facebook kompyuterləri düşüncə gücü ilə idarə edən startap alıb

  • 21 Oktyabr 2019

Chip.az bildirir ki, Facebook kompyuterləri düşüncə gücü ilə idarə edəcək startap alıb.

Bu texnologiya vasitəsi ilə kompyuterlər klaviatura və mouse olmadan idarə oluna biləcək. Sövdələşmənin dəyəri 500 milyon $ - 1 milyard $ olaraq göstərilir. CTRL-Labs startapı kompyuterləri beyin impulsu ilə idarə olunmasına imkan verir. Bu texnologiya CTRL-Labs bilərzikləri ilə mümkün olacaq. Bilərziklər vasitəsi ilə klaviatura olmadan, barmaqları masanın üzərində sankı çap edirmiş kimi immitasiyası etməklə yazmaq olacaq. Gələcəkdə bu texnologiyanın smartfon telefonlara da uyğunlaşdırılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır