Gələn il Bakı Metropoliteni 40 milyon manat subsidiya alacaq

  • 19 Oktyabr 2019

2020-ci il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 40 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.

Chip.az 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatına istinadən xəbər verir ki, həmçinin, “Azərbaycan Hava Yolları” QSC-yə 10  milyon manat (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi üçün), “Azərkosmos” ASC-yə isə 28 milyon manat (nizamnamə kapitalının artırılması üçün) ayrılması nəzərdə tutulur.

Dövlət müəssisələrində satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə (su və istilik təchizatı, lift təsərrüfatı) yaranmış zərərin örtülməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 38milyon manat, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə 33 milyon manat, lift təsərrüfatına 5 milyon manat subsidiya proqnozlaşdırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır